Elxan Məmmədov Şəkidə
29.09.2021 , 17:00
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bu gün Şəki şəhərinə səfərə gedib.
Korner.az xəbər verir ki, E.Məmmədov səfər çərçivəsində Şəki şəhərində müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.
İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb. Görüşün sonunda simvolik olaraq oyun keçirilib.