Bu gecə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ikinci turun növbəti 8 qarşılaşması keçirilib.
Korner.az- ın məlumatına görə, C qrupunda çıxış edən "Milan" klubu Peterburqda "Zenit"in qonağı olub və çətin qələbəyə sevinib – 3:2. Madrid "Real" klubu Hollandiyaya səfər edib. Madrid təmsilçisi burada "Ayaks"a gücünü göstərib – 4:1. Son İngiltərə çempionu "Mançester Siti" isə "Borussiya"nın müqavimətini qıra bilməyib – 1:1.
3 oktyabr
Çempionlar Liqası, ikinci turun oyunları
A qrupu
"Porto" (Portuqaliya) – PSJ (Fransa) 1:0
Qol: Rodriqez, 83
"Dinamo" (Kiyev, Ukrayna) – "Dinamo" (Zaqreb, Xorvatiya) 2:0
Qollar: Qusev, 3; Pivariç, 33-avtoqol
B qrupu
"Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) 3:1
Qollar: Cervinyo, 42 // Mitroglou, 45; Podolski, 56; Remsi, 90+4
"Şalke" (Almaniya) – "Monpelye" (Fransa) 2:2
Qollar: Draksler, 26 // Fana, 13;Huntelar, 53-pen, Kamara, 90
C qrupu
"Zenit" (Rusiya) – "Milan" (İtaliya) 2:3
Qollar: Halk, 45; Şirokov, 49 – Emanuelson, 13; Əl Şaaravi 16; Hubokan, 75-avtoqol
"Anderlext" (Belçika) – "Malaqa" (İspaniya) 0:3
Qollar: Eliseu, 45; Xuakin, 56-pen; Eliseu, 64
D qrupu
"Ayaks" (Hollandiya) – "Real" (Madrid, İspaniya) 1:4
Qollar: Moysander, 56 // Ronaldo, 42, 79, 81; Benzema, 48.
"Mançester Siti" – "Borussiya" (Dortmund, Almaniya) 1:1
Qollar: Balotelli, 90-pen // Reus, 61