Türkiyə Milli komandasının və Almaniyanın “Bayer Leverkuzen” klubunun futbolçusu Hakan Çalhanoğlu ilə Avropanın nəhəng klubları maraqlanır.
Korner.az-ın məlumatına görə, yarımmüdafiəçini İngiltərənin “Çelsi”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem” və “Everton” klubları heyətinə qatmaq istəyir.
Xatırladaq ki, Hakanın alman klubu ilə müqaviləsi 2 il yarımdan sonra bitəcək.