Azərbaycanda keçirilən U-17 qızlar arasında dünya çempionatında mundialın ilk oyununda dünya çempionatları tarixinin rekordu gerçəkləşib.
Korner.az– ın məlumatına görə, KXDR Qambiya millisini 11:0 hesabı ilə məğlub edib. Bu isə dünya çempionatları tarixinin ən böyük hesabdır.
İndiyədək ən böyükhesablı qələbə 2010-cu ildə Trinidad və Tobaqodakı mundialda Almaniya yığması 2 belə qələbə qazanmışdı. Bundestim sentyabrın 5-də Meksikanı 9:0, 3 gün sonra CAR-ı 10:1 hesabı ilə darmadağın etmişdi.
KXDR – Qambiya oyununda 11 qolun vurulması ilə Almaniya – CAR (10:1) və Nigeriya – Cənubi Koreya (5:6) matçlarındakı məhsuldarlıq rekordu da təkrarlanıb. Mundillar tarixində 1 matçda 11-dən artıq qol vurulmayıb.
13.00. Koreya Xalq Demokratik Respublikası – Qambiya – 11:0
Qollar: Çu Yun Qyonq, 18 (1:0), Ri Un Sim, 19 (2:0), Ri Kyonq Hyanq, 20 (3:0), Ri Un Sim, 31-pen (4:0), Ri Un Sim, 34 (5:0), Kim Pyonq Hva, 44 (6:0), Ri Kyonq Hyanq, 62 (7:0), Kim So Hyanq, 68 (8:0), Ri Kyonq Hyanq, 77 (9:0), Ri Hyanq Sim, 87 (10:0), Ri Hyanq Sim, 90+1 (11:0),
Bakı. 8-ci km. stadionu
Hakim: Karina Vitulano (İtaliya)
Baş hakimin köməkçiləri: Romina Santuari, Giuliana Guarino (hər ikisi – İtaliya)
Dördüncü hakim: Cardella Samuels (Yamayka)
