Divizionda XXII tura start verildi
29.03.2023 , 17:25

Bu gün I Divizionda XXII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Zirə”nin əvəzedici komandası bu turda MOİK-lə heç-heçə edib. Autsayder “Sumqayıt” “Mingəçevir”i məğlub edib.
I Divizion
XXII tur
29 mart
Zirə-2 – MOİK – 1:1
Qollar: Xəqani Sadıxov, 82 – Cavad Qurbanlı, 61 (avtoqol)
Sumqayıt-2 – Mingəçevir – 3:0
Qol: Ayxan Süleymanlı, 68 (pen.), Rüstəm Hümbətov, 85 (pen.), Cavidan Abbaszadə, 87
Qırmızı vərəqə: Elvin Əlizadə, 26
Şamaxı-2 – Səbail-2 – 2:4
Qollar: Tapdıq Əhmədov, 17, Asim Əliyev, 49 – Elvin Valiiev, 16, Xəyal Bədirov, 51, Balamirzə Soltanov, 80, Kamran Məlikov, 90+5 (avtoqol)
