Divizion klublarının cəzası açıqlandı
17.02.2023 , 15:49

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantıda I Divizionun XVII turunda yaşananlar barədə aşağıdakı qərarlar qəbul edilib.
I Divizion XVII turunun “Qaradağ Lökbatan” – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin (maddə 84);
“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);
XVII turun “Zirə-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);
XVII turun “Mingəçevir” – “Zaqatala” oyununda “Mingəçevir” klubunun futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın və klub 320 manat cərimə edilsin (maddə 37.3.);
“Zaqatala” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilsin (maddə 62.1)
