Mövsümün əvvəlində PSJ -yə transfer olan Dieqo Luqano istənilən oyunu verə bilməməsindən əsas heyətə yer ala bilmirdi.
Korner.az-ın məlumatına görə, uruqvaylı futbolçu gələn mövsüm uğursuzluğu təkrar yaşamaq istəmədiyini vurğulayıb. Hər şeyə rəğmən komandadan getməyəcəyini deyən Luqano sözlərinə bu cür davam edib: "Pis mövsüm keçirdim. Lakin gələn il daha da yaxşı oynuyub özümü sübut edəcəm. Sadəcə olaraq arxada qalan mövsümdə bir neçə dəfə zədələndim. Buna görə öz oyunumu tam göstərə bilmədim".
Qeyd edək ki, "Fənərbağça"dan PSJ-yə transfer olan Luqano sadəcə 12 matçda forma geyinə bilmişdi.
