Lassana Diaranı "Anji"yə satdıqdan sonra Madrid "Real"ı dərhal ona əvəzləyici tapıb.
Korner.az xəbər verir ki, bu, Joze Maurinyonun "Çelsi"dən tanıdığı və sevimli futbolçularından olan Mihael Essyendi.
"Kral klubu"nun futbolçunu "Çelsi"dən birillik icarəyə götürdüyü deyilir.
Xatırladaq ki, afrikalı yarımmüdafiəçi London klubuna da Maurinyonun istəyi ilə "Lion"dan transfer olunmuşdu.
