"Bakı" klubunun futbolçusu Deyvidas Çesnauskis maraqlı aşıqlamaları ilə diqqət mərkəzinə düşüb. Korner.az-ın məlumatına görə, litvalı yarımmüdafiəçi xarici mətbuata verdiyi müsahibədə Azərbaycan Premyer Liqasında oynadığına görə, peşman olduğunu bildirib:
“Mən Azərbaycanda oynadığıma görə peşmanam. Amma onu da deməliyəm ki, burada futbolun səviyyəsi çox aşağı deyil. Çempionatda altı komanda var ki, yaxşı futbolçulara malikdir".
"Zolaqlılar"ın futbolçusu daha sonra "Xəzər Lənkəran"la oyunda etdiyi het-trikdən danışıb:
“Axı, biz Avropa Liqasına düşmək üçün mübarizə aparırıq. “Xəzər Lənkəran”la oyun isə mənim üçün həqiqətən əla oldu”