De Byazi İcraiyyə Komitəsinə hesabat verəcək
11.04.2023 , 12:49

Aprelin 13-də AFFA-nın inzibati binasındanin İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
Saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin İcraiyyə Komitəsinə hesabatı
2. Digər məsələlər.
