İyulun 6-da, saat 21:00-dan 23:00-dək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatı məqsədilə Dənizkənarı Milli Parkdakı Saat qülləsinin yaxınlığında konsert təşkil olunacaq.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Konsertdə tanınmış müğənnilər Aygün Kazımova, Tünzalə Ağayeva, Röya, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu Çingiz Mustafayev və almaniyalı müğənni Okeaniya, həmçinin futbol fristaylerləri çıxış edəcəklər. Konsert İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, həmin gün Beynəlxalq Muğam Mərkəzində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimi də keçiriləcək.
