DÇ: Azərbaycan millisi 5-ci oldu
31.07.2023 , 13:43
![](https://korner.az/wp-content/uploads/2023/07/49ABF3A1-899E-4476-9DA0-18F25B0A26A5.jpeg)
Qadın sablyaçılarımız İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında komanda yarışında 5-ci olub.
Korner.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Valeriya Bolşakova və Palina Kaspiaroviçdan ibarət kollektiv yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası millisinə 43:45 hesabı ilə uduzub.
Komandamız 5-8-ci yerlər uğurunda keçirilən görüşlərdə Yunanıstan yığmasına (45:42) və Yaponiya seçmə kollektivinə (45:44) qalib gələrək 2024-cü ildə Parisdə keçiriləcək yay olimpiya oyunlarına ən yüksək reytinq xalları verən dünya çempionatında 5-ci olub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)