DÇ-2022: Qətər millisinin yekun heyəti açıqlandı
12.11.2022 , 10:04
Bu il dünya çempionatına ev sahibliyi edəcək Qətərin mundial üçün yekun heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Feliks Sançes 26 futbolçuya dəvə göndərib.
Qətər A qrupunda Ekvador, Seneqal və Niderlandla qarşılaşacaq. Mundial noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.
