David Silva karyerasını bitirdi
27.07.2023 , 23:36

“Mançester Siti”nin sabiq futbolçusu David Silva karyerasını bitirib.
Korner.az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi dizindən aldığı zədə görə belə qərara gəıib.
Bu səbəbdən oyunçu artıq futbolla sağollaşıb.
Karyerası ərzində “Valensiya”, “Eybar”, “Selta”, “Mançester Siti” kimi klublarda forma geyinən yarımmüdafiəçi son olaraq “Real Sosyedad”ın şərəfini qoruyub.
