big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Darvinizmin azərbaycansayağı “sübutu”

25.04.2012 , 05:41

Darvinizm ideyaları ilə heç vaxt, hətta uşaqlıqda belə, razılaşmamışam. İnsanın nə zamansa vəhşi meymuntək budaqdan budağa atlaması, qıtlıq zamanı ağacın əlçatmaz yerində unudulan banan uğrunda bir-birini didməsi, nə zamansa quyruğu ilə oynaması xəstə təxəyyülün sərsəm ideyalarından savayı bir şey deyil. Yəni Darvinlə heç vaxt razılaşmamışam. Amma son zamanlar ingilisə bəraət qazandırmasam da, anlamağa başlamışam. Xüsusən də onun məntiq zəncirinə ölkə çempionatının oyunları zamanı tribunalarda baş verən hadisələr prizmasından nəzər saldıqda… 
"Neftçi" çempionluğunu Lənkəranda rəsmiləşdirə bilmədi. Son zamanlar uğursuzluqlar girdabında çabalayan cənubluların qəlbinə çalın-çarpaz dağ çəkilmədi. Amma bu azmış kimi, bakılıların azarkeşləri döyüldü, təhqir olundu. Lənkəran arenasında baş verənlərin video görüntülərini izlədikdə, düzü, heç təəccüblənmədim. Artıq mütəmadi olaraq müxtəlif bölgələrimizdə keçirilən matçlar zamanı qonaq komandanın fanatları yerli mühafizə xidməti tərəfindən kötəklənir. Özü də bu proseslər elə bir amansızlıqla həyata keçirilir ki, sanki gəlmələr ən azından onlara uzun müddətdir astronomik məbləğdə olan borclarını qaytarmaqdan qəti şəkildə imtina edirlər və ya ortada namus-qeyrət söhbəti var. Əlbəttə, ictimai asayiş qorunmalıdır, stadiona gələnlər orda baş verənlərdən ürküb gələn dəfə birbaşa efiri canlı futboldan üstün tutmaq fikrinə düşməyə məcbur edilməməlidirlər. Amma… "Amma"sı budur ki, bir məşhur deyimdəki kimi, yumurtanı bişirmək üçün bütöv evi yandırmağa ehtiyac yoxdur. Neçə illərdir ki, Azərbaycanda həm çempionat, həm də kubok oyunları təşkil olunur. Eyni zamanda təmsilçilərimiz Avropa komandalarını qitə miqyaslı yarışlarda qonaq edirlər. Bu azmış kimi, ara-sıra beynəlxalq turnirlərin keçirilməsi də Azərbaycana həvalə edilir. Yəni artıq mühafizə və təhlükəsizlik sahəsində böyük təcrübə toplamaq, məsələni zopalarla deyil, başqa üsulla həll etməyi öyrənmək olardı. Təəssüf ki, bu gün tam fərqli mənzərəni müşahidə edirik. "Loma qarşı heç bir fənd keçərli deyil" şüarını rəhbər tutan bəzi naşı "mütəxəssislər", "hər ehtimala qarşı 5-10 nəfərin başını yaraq, amma "yuxarıdan" söz eşitməyək" adlı kompleks tədbirləri canfəşanlıqla ölkənin müxtəlif arenalarında həyata keçirirlər. Tendensiya artıq təhlükəli xarakter alır. İndi heç kim stadiona gedəndə arxayın ola bilməz ki, ucadan fit çalması, hansısa futbolçunun hansısa hərəkətinə şərh verməsi, hansısa "ne to" davranışı ona diqqətlə göz qoyan mühafizəçini "cuşa gətirməyəcək" və o, dərhal "çilənməyəcək". Sonra hara gedirsən get, kimə deyirsən de, necə qarğış edirsən et – nə fayda? Olan oldu, keçən keçdi. O, zopasının qanını qalib hərəkəti ilə sənin köynəyinə silib getdi rəisə "doklad" eləməyə, sən də yollandın tibb məntəqəsinə partlayan başına çarə qılmağa. Belə…
Ədalət mizanını pozmamaq üçün onu da deməliyəm ki, bəzən elə başlar da olur ki, zopa "dilindən" savayı başqa bir dil anlamır. Axı stadionda oturacaqları sındıran əl sahibinin "kafasına" yol tapmağın alternativ vasitəsi də yoxdur!
Nə isə. Deyirəm, Çarlz Darvin bu gün tribunalarda baş verən bəzi hadisələri müşahidə etsəydi, təkamül nəzəriyyəsinə daha çox sarılardı, kim bilir, bəlkə də insanları artıq meymunlara deyil, daha yırtıcı heyvanlara tay tutardı.
P.S. Amma bütün baş verən "qırğınlar" əsl futbolsevərləri stadiona gəlməkdən çəkindirə bilməz.      
P.P.S. Yenə də, başınızın salamat olması üçün özünüzü zopalılardan qoruyun.

Son yazılar

To Top