“Bavariya”nın braziliyalı müdafiəçisi Dantenin yeni klubu məlum olub.
Korner.az-ın məlumatına görə, 31 yaşlı futbolçu “Volfsburq”la anlaşıb.
Münhen klubunun rəsmi “twitter” səhifəsində də bu məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Dante 2012-ci ildən “Bavariya”nın şərəfini qoruyurdu.