Çempionlar Liqası yarımfinal mərhələsində "Çelsi" səddinə ilişən və mübarizəni dayandıran "Barselona"nın brazilyalı futbolçusu Daniel Alveş hər iki görüşdə də şansın yanlarında olmadığını deyib.
Korner.az-ın məlumatına görə, oynadıqları oyunda üstün olan tərəfin "Barsa" olduğunu deyən Alveş sözlərinə bu cür davam edib: "Qazana bilərdik, ancaq bəxt bizdən yana deyildi. Qələbə üçün əlimizdən gələni etdik. Lakin "Çelsi"nin inanılmaz müdafiə olundu. Finala biz də çıxa bilərdik. Futbolda qalib gəlmək qədər məğlubiyyət də var".