Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsrail millisini qonaq edəcək yığmamızın heyətinə daha iki futbolçu qoşulub. Korner.az-ın məlumatına görə, sentyabrın 6-a qədər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında olan Bədavi Hüseynov və Rizvan Umarov bu gündən etibarən Azərbaycan milli komandasının heyətinə cəlb olunub.
