Daha bir güləşçimizdən qızıl medal
23.04.2023 , 21:24

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 72 kq-da Ülvü Qənizadə finalda fransalı İbrahim Qanemlə qarşılaşıb.
Güləşçimiz görüşdə xalların keyfiyyətinə görə (7:7) qalib gələrək Avropa çempionu olub.
