“Qəbələ” klubu komandanın yardımmüdafiəçisi Abdul Kader Kamara ilə yollarını ayırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Belçika vətəndaşı olan qvineyalı futbolçu 2007-ci ildən "Qəbələ"də top qovurdu. Kamara qırmızı-qara formanı ən çox geyən futbolçulardan idi – yarımmüdafiəçi Premyer Liqada 88 dəfə, ölkə kubokunda isə 8 dəfə "Qəbələ"nin heyətində yer almışdı.
Xatırladaq ki, "Qəbələ" klubu mövsümün sonuna yaxın futbolçuları Lübo Baranin və Pavels Doroşevslə də yollarını ayırmışdı.