Dadaşovun komandasından heç-heçə
30.07.2023 , 10:00

İsveçrə çempionatında 2-ci turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Lozanna” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəzlənib.
