Dadaşovun komandası məğlub oldu
28.08.2023 , 12:55

İsveçrə çempionatında 5-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etsiyi “Qrasshopper” evdə “Lutsern”lə qarşılaşıb və 0:1 hesabıyla uduzub.
Renat bu görüşün 85-ci dəqiqədə meydana buraxılıb.
“Qrasshopper” hazırda 4 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.
