Dadaşovun komandası doğma meydanda uduzdu
22.12.2019 , 12:36

Almaniya III Bundesliqasında XX turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” doğma meydanda “Münhen 1860”a uduzub – 0:1.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə 5 qol vuran forvard bu dəfə fərqlənə bilməyib.
Münster klubu 20 turdan sonra 16 xalla 20 kollektiv arasında 19-cu pillədə qərarlaşıb.
