İsrafilov oynamadı, komandası uduzdu
22.12.2019 , 11:52

İspaniya 2-ci liqasında 21-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” doğma meydanda “Elçe” ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
İsrafilov bu oyunun iştirakçısı olmayıb.
“Albasete” hazırda 27 xalla 2-ci pillədə qərarlaşır.
