Dadaşov sıradan çıxdı: Mövsümün sonuna qədər oynamayacaq
16.04.2024 , 19:34

“Dinamo”da çıxış edən Rüfət Dadaşov sıradan çıxıb.
Korner.az xəbər verir ki, 32 yaşlı hücumçu məşq zamanı zədələnib.
Zədəsi ciddi olan futbolçunun mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcək.
Rüfət bu mövsüm 28 oyunda iştirak edib, 14 qol vurub.
