Dadaşov qol vurdu, komandası uduzdu
20.02.2023 , 14:57

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” İsveçrə çempionatında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, sözügedən komanda evdə “Sürix”lə qarşılaşıb. Görüş qonaqların qələbəsiylə başa çatıb – 2:1.
“Qrasshopper”in yeganə qolunu 30-cu dəqiqədə Renat Dadaşov vurub. Start heyətdə meydana çıxan hücumçu 76-cı dəqiqədə əvəzlənib.
“Qrasshopper” çempionatda 21 turdan sonra 24 xalla 7-ci sıradadır.
