"Neftci"dən ayrıldıqdan sonra Türkiyə ikinci liqasına pənah aparan Rail Məlikovun komandası Engin İpəkoğluna tapışırılıb. Korner.az– ın məlumatına görə, "Dənizlispor"la birillik müqavilə imzalayan İpəkoğlu çətin bir sınağın onları gözlədiyini söyləyib. Xatırladaq ki, Engin İpəkoğlu futbol oynadığı dönəmdə Tükiyə millisinin qapıçısı olub. Bu arada "xoruzlar" "Fənərbaxça" klubundan Berkay Can Dəmirçioğlunu da heyətinə qatıb. Dənizli təmsilçisi futbolçu ilə bir illik müqavilə imzalayıb. Klubdan verdiyi açıqlamaya görə yaxın günlərdə 3-cü liqadan daha 5-6 futboçu heyətə cəlb olunacaq.
