Cüneyt Çakır ikinci dəfə …
18.06.2018 , 19:06

DÇ-2018-də növbəti oyunun hakimləri təyin edilib
Rusiya və Misir arasında baş tutacaq qarşılaşmada görüşün baş hakimi Enrike Kasares olacaq. Türk hakim Cüneyt Çakır isə ikinci dəfə təyin edildiyi çempionat oyununda 4-cü hakim vəzifəsini yerinə yetirəcək.
İyunun 19-da keçiriləcək Rusiya – Misir matçı Bakı vaxtı ilə 22:00-da başlayacaq.
Qeyd edək ki, C. Çakır mundialda ilk olaraq Mərakeş – İran oyununa təyinat almışdı. Matç İrann 1:0 hesablı qələbəsilə başa çatmışdı.
