Cüdoçumuz Avropa çempionu oldu
06.11.2023 , 09:08

Fransanın Monpelye şəhərində keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.
Korner.az xəbər verir ki, son gün azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) final görüşünə çıxıb.
O, gürcüstanlı İliya Sulamanidzeyə qalib gəlib və qızıl medal qazanıb.
Buna qədər Hidayət Heydərov (73 kq) çempion olmağı bacarmışdı.
