Covanni üçün 40 milyon avro
31.07.2018 , 18:07

İspaniya təmsilçisi “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone oğlu Covannini komandasında görmək istəyir.
Madrid təmsilçisi 48 yaşlı argentinalı mütəxəssisin istəyi ilə 23 yaşlı hücumçu üçün İtaliyanın “Fiorentina” klubuna 40 milyon avro təklif edib. Lakin florensiyalılar bu məbləği az hesab etdikləri üçün geri çeviriblər.
Qeyd edək ki, Covanni Simeone ötən mövsüm “Fiorentina”nın heyətində keçirdiyi 40 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə verib.
