Coşqunun komandasından heç-heçə
20.12.2023 , 20:32

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” Türkiyə 1-ci Liqasında 16-cı tur oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda səfərdə “Erzurum BB” ilə qarşılaşıb.
Matç 1:1 hesablı heç-heçə ilə bitib.
Coşqun da bu oyunun iştirakçısı olub. O, matça start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə sarı vərəqə alaraq əvəzlənib.
