Coşqunun komandası qələbə qazandı
01.03.2024 , 23:35

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Korner.az xəbər verir ki, komanda XXV turda “Altay”ı qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Coşqun da bu görüşdə iştirak edib. O, 72-ci dəqiqədə meydana daxil olub və sona qədər oynayıb.
“Ümraniyespor” 25 turdan sonra 30 xalla 12-ci sıradadır.
