Ötən həftə Superliqada “Əskişəhərspor”u 1:0 hesabıyla yenən “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçin matçdan sonra Markus Merkə canlı yayımda dediyi sözlər köynəklərə həkk olunacaq.
Korner.az-ın məlumatına görə, “Digitürk” kanalına telefonla bağlanan Biliçin sabiq hakim Markus Merkin sözlərinə etiraz edərək dediyi “Come on, give me a break” (“Hadi ordan, beni rahat bırak”) sözlərinin həkk olunduğu köynəklər “ağ-qaralar”ın rəsmi “Qartal yuvası” mağazalarında satışa çıxarılacaq.
