ÇL: “Qalatasaray” Norveçdən qələbə ilə qayıdır
24.08.2023 , 01:00

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, Türkiyə təmsilçisi “Qalatasaray” Norveçdə “Molde”nin qonağı olub. Görüş “sarı-qırmızılar”ın 3:2 hesablı qələbəsi ilə bitib.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
23 avqust
Braqa (Portuqaliya) – Panatinaikos (Yunanıstan) – 2:1
Qollar: A.Ruis, 51, A.Calo, 73 – D.Mançini, 90+5
Makkabi (Hayfa, İsrail) – Yanq Boyz (İsveçrə) – 0:0
Molde (Norveç) – Qalatasaray (Türkiyə) – 2:3
Qollar: M.Ellinqsen, 8, K.Hagen, 56 – S.Oliveyra, 25, M.İkardi, 29, F.Midtjsö, 90+3
