ÇL: I təsnifat mərhələsinə start verilir
11.07.2023 , 12:39

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
Korner.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxacaq. “Atlılar” Cəbəllütariqdə “Linkoln”un qonağı olacaq.
Polşa çempionu “Rakuv” azarkeşləri önündə “Flora”nı (Estoniya) sınağa çəkəcək. Bu cütün qalibi növbəti mərhələdə “Linkoln” – “Qarabağ” deulinin güclüsü isə qarşılaşacaq.
Macarıstanın “Ferentsvaroş” komandası səfərdə Farer adaları təmsilçisi “Klaksvik”lə üz-üzə gələcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
19:00 Urartu (Ermənistan) – Zrinski (Bosniya və Herseqovina)
19:30 Linkoln (Cəbəllütariq) – Qarabağ (AZƏRBAYCAN)
20:00 Jalqiris (Litva) – Struqa (Makedoniya)
22:00 Hamrun (Malta) – Makkabi (Hayfa, İsrail)
22:00 Olimpiya (Sloveniya) – Valmiyera (Latviya)
22:00 Rakuv (Polşa) – Flora (Estoniya)
22:45 Ballkani (Kosovo) – Ludoqorest (Bolqarıstan)
22:45 Klaksvik (Farer adaları) – Ferentsvaroş (Macarıstan)
22:45 Partizani (Albaniya) – BATE (Belarus)
22:45 Şemrok Rovers (İrlandiya) – Breydablik (İslandiya)
