ÇL-də həftənin ən yaxşısı kim olacaq?
22.02.2024 , 11:56

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
Korner.az xəbər verir ki, namizədlər arasında “İnter”dən Marko Arnautoviç, “Portu”dan Vanderson Qaleno, PSV-dən Joey Veerman və “Barselona”dan Robert Levandovski yer alıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.
