ÇL-də ən yaxşı kim olacaq?
15.02.2024 , 10:30

Çempionlar Liqasında pley-off mərhələsinin bu həftə baş tutan oyunlarından sonra ən yaxşı oyunçu adına namizədlər bilinib.
Korner.az xəbər verir ki, namizədlər arasında “Real”dan Brahim Dias, “Mançester Siti”dən Kevin de Bruyne, PSJ-dən Kilian Mbappe və “Latsio”dan Matteo Genduzi yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
