"Qalatasaray" növbəti transferini reallaşdırıb.
Korner.az-ın "sporx.com"a istinadən veridiyi məlumata görə, "Cim-Bom" "Kayserispor"un gənc futbolçusu Furkan Özçalı sıralarına qatıb.
Furkan "Qalatasaray"la 4 illik müqavilə bağlayıb. Bu barədə məlumatı klub TV-də verib.
Furkan ilk mövsüm üçün "Qalatasaray"da 700 min avro qazanacaq.
