"Qələbə qazandığımız üçün sevinirəm. Gözəl komandamız var".
Korner.az-ın məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Cihan Özkara deyib. Bəhreyn üzərindəki darmadağında (3:0) pay sahibi olan forvard qarşıdakı oyunlarda qol sözü verib:
"Qarşıdakı oyunlarda da belə oynasaq inanıram ki, qələbə qazanarıq. Qollardan birini mən vurdum deyə tamam fərqli hisslər keçirirəm. Söz verirəm ki, qarşıdakı oyunlarda da qol vuracam".
