"Bakı"nın litvalı yarımmüdafiəçisi Deyvidas Çesnauskis milli komandaya dəvət alıb. Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Litva futbol federasiyasından klubun rəsmi ünvanına daxil olan dəvətə əsasən, Deyvidas Litva milli komandasının sıralarına çağırılır.
Deyvidas Çesnauskis 13-16 avqust tarixlərində Litva yığmasının düşərgəsində yer alacaq. Qeyd edək ki, Litva milli komandası 16 avqust 2012-ci il tarixdə Skopyedə Makedoniya ilə qarşılaşacaq. Oyun yerli vaxta saat 20-də başlanacaq.