Cenk Tosunun son durumu
09.06.2023 , 10:32

Super Liqanın 38-ci turunda “Beşiktaş”ın “Konyaspor”a qarşı oynadığı matçda zədələnən Cenk Tosunun durumuna aydınlıq gəlib.
Korner.az xəbər verir ki, sağ ayağının üst əzələsində yırtıq olduğu aşkarlanan Cenk ən az 2 ay meydanlardan uzaq qalacaq.
Futbolçu əməliyyat olunmağa qərar verərsə, bu müddət 3,5 aya qədər uzadıla bilər. Cenk müalicəsi ilə bağlı qərarını qısa müddətdə verəcək.
Mina Musayeva
