Çempionlar Liqasının formatında dəyişiklik
04.03.2024 , 22:40

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün reqlamentində müəyyən dəyişikliklər edilib.
Korner.az xəbər verir ki, gələn ildən turnirdə 36 komanda mübarizə aparacaq.
Belə ki, turnir qrup formatında deyil, liqa formatında təşkil olunacaq. İlk 8 yeri tutan komandalar avtomatik olaraq 1/8 Finala vəsiqə qazanacaq.
Bundan başqa, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək.
