“İnter”dən qələbə
21.02.2024 , 02:00

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Korner.az xəbər verir ki, “İnter” azarkeşləri önündə Madrid “Atletiko”sunu qəbul edib və 1:0 hesablı qələbə qazanıb.
Günün digər görüşündə Dortmund “Borussiya”sı Niderlandda PSV-nin qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
20 fevral
00:00 İnter (İtaliya) – Atletiko (İspaniya) 1:0
Qol: M.Arnautoviç, 81
00:00 PSV (Niderland) – Borussiya (Dortmund, Almaniya) 1:1
Qollar: L.De Yoqn, 54 – D.Malen, 24
