Çempionlar Liqası: Mövsümün son püşkü atılacaq
17.03.2023 , 12:07

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.
Korner.az-ın məlumatına görə, UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq mövsümün son püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
“Bavariya” (Almaniya)
“Benfika” (Portuqaliya)
“Çelsi” (İngiltərə)
“İnter” (İtaliya)
“Mançester Siti” (İngiltərə)
“Milan” (İtaliya)
“Napoli” (İtaliya)
“Real Madrid” (İspaniya)
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
