“İnter”dən qələbə, “Mançester Siti”dən heç-heçə
23.02.2023 , 01:54

Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki matç baş tutub.
“İnter” İtaliyada Portuqaliyanın “Portu” klubunu qəbul edib və 1:0 hesablı qələbə qazandı. Turnirin favoritlərindən olan “Mançester Siti” Almaniyada “Leypsiq”in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
22 fevral
00:00. “Leypsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Baş hakim: Serdar Gözübüyük (Niderland)
00:00. “İnter” (İtaliya) – “Portu” (Portuqaliya) – 1:0
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
