“Çelsi”nin futbolçusu “Mançester Yunayted”in hədəfində
31.05.2024 , 10:41

“Mançester Yunayted” diqqətini yeni transferlərə yönəldib.
Korner.az xəbər verir ki, klub “Çelsi”dən 24 yaşlı müdafiəçi Trevo Çalobanı heyətinə qatmağı düşünür.
“Mançester Yunayted”in Çalobanı satmağa hazır olan “Çelsi”yə təklif göndərəcəyi bildirilir.
İngiltərə nəhənginin ulduz müdafiəçi üçün “Çelsi”yə 30 milyon avro təklif edəcəyi iddia edilir.
“Çelsi” ilə 2028-ci ilə qədər müqaviləsi olan Çaloban bu mövsüm 17 matçda meydana çıxıb və 1 qol vurub.
Mina Musayeva
