"Əgər "Barselona" ilə oynayırsınızsa rəqibinizə qarşı daha çox müdafiyə olunmalısınız. Onların, "Real" (Madrid) və "Milan"la qarşılaşmalarını izlədik. Katalonlar yaxşı qol vəziyyəti yaratmağı bacaran komandadır". Korner.az-ın məlumatına görə, bu sözləri "Barselona" ilə oyundan sonra "Çelsi"nin baş məşqçisi Roberto Di Matteo deyib. Qələbə qazanmaqlarına baxmayaraq yenə də hər iki komandanın mərhələ şanslarının 50%50 olduğunu vurğulayan çalışdırıcı, cavab qarşılaşmasının onlar üçün çox çətin keçəcəyini də sözlərinə əlavə edib: "Futbolçularım cəsarətləri ilə dünyanın ən güclü komandasına qarşı necə oynamaq lazım olduğunu göstərdi. "Çelsi"nin gücünü hər kəsə sübut etdilər."
