"Futbolçularım inanılmazı bacardı. Heç kəs bizə inanmırdı. Lakin inanılmaz oyun ortaya qoyaraq, bizə inanmayanlara hər şeyi sübut etdik." Korner.az-ın məlumatına görə, bu sözləri "Barselona" ilə oyundan sonra "Çelsi"nin baş məşqçisi Roberto Di Matteo deyib. Con Terinin qırmızı vərəqə alaraq meydandan qovulmasını gözləmədiyini deyən Di Matteo sözlərinə bu cür davam edib: "Bunu əlbətdə ki, gözləmirdim. Qırmızı vərəqədən sonra işimiz daha da çətinləşdi. Ancaq sonuna qədər mübarizə apardıq. İkinci hissədə isə sadəcə taktika ilə oynadıq."Barselona"nı keçdiyimizə inana bilmirəm. "