“Çelsi”dən yeni transfer həmləsi
08.05.2024 , 17:33
“Çelsi” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, klub “Leyptsiq”dən Benjamin Şeşkonu heyətinə qatmaq fikrindədir.
Futbolçu özü də London nəhənginə keçməkdə istəklidir.
“Leyptsiq”in sloveniyalı forvard üçün qarşı tərəfdən 70 milyon avro tələb etdiyi bildirilir.
Şeşko bu mövsüm 12 qol vurub, 2 məhsuldar ötürmə edib.