“Çelsi”dən yeni transfer həmləsi
24.05.2024 , 12:51

“Çelsi”nin yeni transfer hədəfi məlum olub.
Korner.az xəbər verir ki, İngiltərə nəhəngi “Barselona”nın müdafiəçisi Ronald Arauxonu heyətinə qatmağı hazırlaşır.
Artıq tərəflər arasında danışıqların olduğu bildirilir.
Kataloniya təmsilçisi futbolçu üçün yüksək təzminat istəyir.
Ronald 2020-ci ildən “Barselona”da forma geyinir.
